Məktəbə gedən müəllimin meyiti tapılıb

Tbilisiyə yaxın Tabaxmela ərazisində məktəb müəlliminin meyiti tapılıb.

Hadisə yerində istintaq tədbirləri davam etdirilir.

Məlumata görə, qadına atəş açılıb və onun bədənində güllə yarası aşkar edilib. Təxminən 50 yaşlı müəllim səhər məktəbə yola çıxsa da, dərs keçmək üçün məktəbə çatmayıb.

Artıq vəfat etmiş müəllimin işlədiyi məktəbin direktoru dindirilib. İstintaq orqanları hadisənin qətl olub-olmadığını, yoxsa intihar olduğunu müəyyən etməyə çalışırlar.

Bizi WhatsApp – da izləyin.