Məhəbbət İmanov GAİM-ə yeni icraçı direktor seçilib

Məhəbbət İmanov Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzinə (GAİM) yeni icraçı direktor seçilib.

Belə ki, o, idarə heyətinin yekdil qərarı ilə seçildiyini təsdiqləyib və yaxın gələcəkdə yeni proqramlar barədə ictimaiyyətə əlavə məlumatların veriləcəyini bildirib.

Qeyd edək ki, sözügedən vəzifədə 13 mart 2023-cü il tarixindən Murad Muradov çalışıb.

Məhəbbət İmanov isə bu günədək çalışdığı Azərbaycan Evinin rəhbəri vəzifəsini də icra etməyə davam edəcək.