Rustavidə dəhşət: Azyaşlılar arasında mübahisə iki nəfərin…

Rustavidə azyaşlılar arasında baş verən mübahisə zamanı 2 yeniyetmə yaralanıb.

Yerli mətbuatın yaydığı məlumata görə, Rustavinin XXI mikrorayonunda, 22-ci məktəbin həyətində yeniyetmələr arasında yaranan mübahisə fiziki qarşıdurmaya çevrilib və nəticədə 2 azyaşlının yaralanması ilə yekunlaşıb.

Hadisə yerinə təcili tibbi yardım və kriminal polis əməkdaşları cəlb olunub.

Yaralılar Klinika Rustavi-yə aparılıb. Onlara tibbi yardım göstərilib və həyatları üçün təhlükə olmadığı bildirilir.

Mövcud məlumata görə, polis cinayəti törədən şəxsi müəyyən edib və o artıq ifşa olunub. Faktla bağlı istintaq başladılıb.

Bizi WhatsApp – da izləyin.