PROQNOZ: Qardabani, Marneuli, Rustavi, Bolnisi…

Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, 14–15 mart tarixlərində Qərbi Gürcüstanda nisbətən isti hava fonunda bəzi yerlərdə yağış və güclü şərq küləyi gözlənilir. Şərqi Gürcüstanda isə hava nisbətən soyuq və arabir yağıntılı olacaq.

16 martda ölkə ərazisinin əksər hissəsində yağış, yüksək dağlıq ərazilərdə isə qar gözlənilir.

🌧 Tbilisi – arabir yağış gözlənilir. Gündüz havanın temperaturu +8, +10°C olacaq.

🌊 Sahil rayonlarında – Batumi, Kobuleti, Anaklia, Poti:

14–15 martda əsasən yağıntısız hava olacaq, 16 martda yağış yağacaq. Gündüz temperatur +15, +17°C, 16 martda isə +9, +11°C-ə qədər enəcək.

🌪 Qərbi Gürcüstanın düzənlik rayonlarında – Zestafoni, Kutaisi, Samtredia, Zugdidi, Martvili, Ozurgeti:

14–15 martda əsasən yağıntısız və küləkli hava olacaq, 16 martda yağış gözlənilir. Gündüz temperatur +16, +18°C, 16 martda isə +10, +12°C olacaq.

🌪 Qərbi Gürcüstanın dağlıq rayonlarında – Ambrolauri, Oni, Tsageri, Shovi, Chiatura, Sachkhere, Khulo, Rikoti:

15–16 martda yağış gözlənilir. Temperatur gündüz +13, +15°C, 16 martda isə +8, +10°C olacaq.

🌪 Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında – Mestia, Baxmaro:

15–16 martda bəzi yerlərdə qar yağacaq. Gündüz temperatur +9, +11°C, 16 martda isə +4, +6°C olacaq.

🌧 Kartli bölgəsində – Rustavi, Bolnisi, Marneuli, Qardabani, Gori, Çxinvali:

Arabir yağış gözlənilir. Gündüz temperatur +9, +11°C olacaq.

🌧 Kaxeti bölgəsində – Saqareco, Telavi, Gurjaani, Sighnaghi, Laqodexi, Kvareli, Akhmeta, Dedoplistskaro:

Arabir yağış gözlənilir. Temperatur +8, +10°C olacaq.

🌧 Şərqi Gürcüstanın dağlıq rayonlarında – Akhaltsikhe, Borjomi, Dusheti, Tianeti, Pasanauri:

Arabir yağıntı gözlənilir. Temperatur gündüz +7, +9°C olacaq.

🌨 Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında – Akhalkalaki, Tsalka, Bakuriani, Gudauri, Omalo:

Arabir qar yağacağı gözlənilir. Gündüz temperatur +2, +4°C olacaq.

Bizi WhatsApp – da izləyin.