Bu gün 9 aprel faciəsinin 37-ci ildönümüdür – FOTO

Bu gün 9 aprel faciəsindən 37 il ötür. 1989-cu il 9 aprel tarixində, səhər tezdən Sovet İttifaqı Silahlı Qüvvələri bölmələri Tbilisi şəhərinin mərkəzində, parlament binası qarşısında keçirilən dinc etiraz aksiyasını amansızca dağıdıblar.

Nəticədə 21 nəfər həlak olub, yüzlərlə vətəndaş isə tərkibi müəyyən edilməmiş qazdan zəhərlənib.

Daha sonra, 1991-ci ilin 9 aprelində Gürcüstanın Ali Soveti ölkənin dövlət müstəqilliyinin bərpa olunduğunu elan edib.

9 aprel Gürcüstanın yaxın tarixində həm faciə, həm də müstəqilliyin bərpası günü kimi yadda qalıb.

37 il əvvəl həlak olan qəhrəmanların siyahısını təqdim edirik:

Aza Adamiya – 22 yaş; Natiya Başaleişvili – 16 yaş; Eka Bejanişvili – 15 yaş; Nato Giorqadze – 23 yaş; Tamuna Dolidze – 28 yaş; Tina Enukidze – 70 yaş; Nino Toidze – 22 yaş; Zaira Kikvidze – 61 yaş; Manana Loladze – 34 yaş; Tamar Mamulaşvili – 50 yaş; Venera Metreveli – 45 yaş; Mamuka Nozadze – 21 yaş; Nana Samarguliani – 41 yaş; Şalva Kvasrolişvili – 35 yaş; Marina Çkonia-Samarguliani – 31 yaş; Eliso Çipaşvili – 25 yaş; Tamar Çovelidze – 16 yaş; Nodar Cangiraşvili – 40 yaş; Mzia Cinçaradze – 43 yaş; Manana Melkadze – 26 yaş və Gia Karseladze – 25 yaş.

Bizi WhatsApp – da izləyin.