İran rəhbərliyi Trampın bəyanatına cavab verib

İran Prezidenti Məsud Pezeşkian və İran parlamentinin spikeri Mohammad Baqer Qalibaf ABŞ Prezidenti Donald Trampın açıqlamasına münasibət bildiriblər.

Onlar sosial şəbəkədə paylaşdıqları birgə bəyanatda İranda radikalların deyil, “inqilabçıların” olduğunu vurğulayıb, ölkədə xalqla hökumət arasında “dəmir birlik” mövcud olduğunu qeyd ediblər.

“İranda radikallar yoxdur. Biz hamımız ‘iranlılar’ və ‘inqilabçıyıq’. Xalqla hökumətin dəmir birliyi və inqilabın ali liderinə tam itaət sayəsində biz təcavüzkar cinayətkarı öz əməllərindən peşman edəcəyik. Bir Tanrı, bir lider, bir millət və bir yol – bu yol İran üçün qələbə yoludur və həyatdan daha dəyərlidir”, – deyə bəyanatda bildirilir.

Qeyd edək ki, daha əvvəl Donald Tramp İranda daxili qarşıdurmanın olduğunu və ölkədə liderliyin kimdə olduğunun aydın olmadığını iddia etmişdi.

Bizi WhatsApp – da izləyin.