Maka Boçorişvili: Gürcüstanın Avropaya inteqrasiya kursu tarixi seçimdir
Gürcüstanın Avropaya inteqrasiya kursu dəyişməzdir və bu, tarixi seçimdir.
Adıçəkilən ölkənin Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili Delfi İqtisadi Forumu çərçivəsində keçirilən “Genişlənmə yolu ilə qorunma: Üzvlüyün yeni sütunu kimi təhlükəsizlik” adlı sessiyadakı çıxışında deyib.
Maka Boçorişvili çıxışında Gürcüstanın Avropaya inteqrasiya kursunun dəyişməz olduğunu bildirib: “Bu yol bizim kimliyimizin bir hissəsidir və tarixi seçimdir”.
Nazir əlavə edib ki, Avropa İttifaqının (Aİ) genişlənməsi yalnız bürokratik proses kimi deyil, daha geniş geosiyasi kontekstdə dəyərləndirilməlidir və bu proses ümumi təhlükəsizliyin təmin olunmasına xidmət etməlidir.
O, həmçinin Gürcüstanın üzləşdiyi təhlükəsizlik çağırışlarına, o cümlədən işğal faktına diqqət çəkərək bildirib ki, çətin geosiyasi şəraitə baxmayaraq, ölkə sabitliyi qoruyub saxlaya və inkişafını davam etdirə bilib.
Bizi WhatsApp – da izləyin.