Gürcüstanda saxta cərimə SMS-ləri yayılıb

Son günlər vətəndaşlara cərimələrlə bağlı saxta SMS-lər göndərilir. Daxili İşlər Nazirliyi Patrul Polis Departamenti adından göndərilən saxta SMS-lərlə bağlı vətəndaşlara xəbərdarlıq edir.

Nazirliyin məlumatına görə, bəzi vətəndaşlara guya yol hərəkəti qaydalarını, xüsusilə sürət həddini aşdıqlarına görə cərimələndiklərini bildirən qısa mətn mesajları göndərilir. Mesajlarda əlavə olaraq keçid linki də yer alır.

Qurumdan bildirilib ki, sözügedən mesajlar Patrul Polis Departamenti tərəfindən göndərilməyib və vətəndaşları bu cür bildirişlərə aldanmamağa çağırıb.

Nazirlik vətəndaşlara mesajlarda göstərilən təlimatları yerinə yetirməməyi və linklərə daxil olmamağı tövsiyə edir.

Bizi WhatsApp – da izləyin.