UEFA-nın azərbaycanlı nümayəndəsi Gürcüstan klubunun stadionu ilə tanış olub
AFFA baş katibinin müavini Elçin Məmmədov avqustun 8-9-da UEFA-nın matç direktoru qismində Gürcüstanın paytaxtı Tbilisidə səfərdə olub.
UEFA tərəfindən ezam olunan AFFA rəsmisi səfər çərçivəsində ötən mövsüm Gürcüstan çempionu olan “İberia” klubunun ev oyunlarını keçirdiyi Mixail Mesxi adına stadionu ziyarət edib. Əsas məqsəd arenanın 2026/2027-ci illər mövsümündə UEFA klub yarışlarının liqa mərhələsinin oyunlarını qəbul etməyə hazırlıq səviyyəsi ilə tanışlıq olub.
Səfər zamanı “İberiya” klubunun nümayəndələri ilə görüş də keçirilib. Görüşdə ötən mövsümlə müqayisədə yeni mövsümdə qaydalarda tətbiq olunacaq dəyişikliklər müzakirə edilib.
Bizi WhatsApp – da izləyin.