Balıq ovu faciə ilə nəticələndi – 31 yaşlı kişi elektrik cərəyanından öldü
Saçxeri rayonunda balıq ovu zamanı baş verən hadisə faciə ilə nəticələnib.
Hadisə zamanı 31 yaşlı kişi elektrik cərəyanının vurması nəticəsində həyatını itirib.
Məlumata görə, gənc balıq tutarkən onun istifadə etdiyi qarmaq (tilov) elektrik kabelinə toxunub. Nəticədə o, ağır xəsarət alıb.
Zərərçəkən dərhal tibbi müəssisəyə çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 116-cı maddəsi (ehtiyatsızlıqdan adam öldürmə) ilə istintaq başlanılıb.
Bizi WhatsApp – da izləyin.