Rusiyada Dövlət Dumasına seçkilər: 4 partiya 5%-lik baryeri keçib
Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilovanın açıqladığı ilkin nəticələrə əsasən, Dövlət Dumasına keçmək üçün tələb olunan 5%-lik baryeri dörd partiya keçib.
Pamfilovanın məlumatına görə, nəticələr aşağıdakı kimidir:
“Vahid Rusiya” – 57,83%
Rusiya Federasiyası Kommunist Partiyası – 13,81%
Rusiya Liberal-Demokrat Partiyası (LDPR) – 8,97%
“Yeni İnsanlar” – 7,96%.
“Ədalətli Rusiya” partiyasının da 5%-lik baryeri keçmək şansının qaldığı bildirilib. Lakin daha sonrakı hesablamalarda partiyanın göstəricisi 5%-dən aşağı düşüb.
İlkin məlumatlara əsasən, “Vahid Rusiya” 225 birmandatlı seçki dairəsinin 208-də liderdir. Kommunist Partiyasının namizədləri 5 dairədə, “Ədalətli Rusiya”nın namizədləri 4 dairədə, LDPR 2 dairədə, “Rodina” isə 1 dairədə öndədir. Dörd birmandatlı dairədə isə müstəqil namizədlər liderlik edir.
Pamfilovanın açıqladığı ilkin bölgüyə əsasən, “Vahid Rusiya” 355, Kommunist Partiyası 40, LDPR 25, “Yeni İnsanlar” 20, “Ədalətli Rusiya” isə 4 mandat əldə edib. Dövlət Dumasında ümumilikdə 450 deputat yeri var.
Bizi WhatsApp – da izləyin.