Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etmək istəyir

Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməkdə maraqlıdır və təşkilatın bütün üzv dövlətləri ilə əməkdaşlığa hazırdır.

Bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksəksəviyyəli həftəsi çərçivəsində ATƏT-ə üzv dövlətlərin nümayəndələri üçün təşkil olunan qəbulda bildirib.

Nazir Gürcüstanın 2027-ci ildə ATƏT-ə sədrlik üçün namizədliyini irəli sürdüyünü və bu istiqamətdə üzv dövlətlərin dəstəyinə ümid etdiyini bildirib.

Onun sözlərinə görə, Avropada təhlükəsizlik məsələləri hazırda ciddi təzyiqlərlə üzləşir və belə şəraitdə dialoq və əməkdaşlığın əhəmiyyəti daha da artır.

“Suverenliyə hörmət, dialoq, münaqişələrin sülh yolu ilə həlli, beynəlxalq hüquq və normalara riayət, eləcə də götürülmüş öhdəliklərin yerinə yetirilməsi təhlükəsizliyin əsasını təşkil edir”, – deyə M.Boçorişvili vurğulayıb.

Bizi WhatsApp – da izləyin.