Maka Boçorişvili: Gürcüstan sülh və sabitliyin qorunmasına sadiqdir
“Rəsmi Tbilisi Rusiya-Gürcüstan münaqişəsinin sülh yolu ilə həlli, barışıq və münaqişədən təsirlənən əhali ilə qarşılıqlı əlaqə siyasətinə sadiqdir”.
Bunu ölkənin xarici işlər naziri Maka Boçorişvili BMT Sülh Quruculuğu Komissiyasının Nazirlər Şurasında çıxışı zamanı bildirib.
Nazir bildirib ki, Gürcüstan üçün sülh və sabitliyin qorunması milli maraq məsələsidir. Onun sözlərinə görə, sabitlik ölkə infrastrukturuna, təhsil, səhiyyə və bağlantıya investisiya yatırmağa, həmçinin iqtisadi inkişafı davam etdirməyə imkan verib.
Bizi WhatsApp – da izləyin.