Tbilisidə kafedə oturan insanların üzərinə sidik ifraz edən Rusiya vətəndaşı saxlanılıb
Tbilisidə Rusiya vətəndaşı kafedə oturan insanların üzərinə eyvandan sidik ifraz edib
Tbilisidə Rusiya vətəndaşı saxlanılıb. O, Ortaçalada yaşayış kompleksinin ərazisində yerləşən kafedə oturan insanların üzərinə eyvandan sidik ifraz etməkdə ittiham olunur.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Rusiya vətəndaşı İnzibati Xətalar Məcəlləsinin 166 və 171-ci maddələri ilə saxlanılıb.
Kafedə olan və hadisəni videoya çəkən şəxslərdən birinin sözlərinə görə, kişi sərxoş vəziyyətdə eyvandan aşağıya sidik ifraz edib.
Onun sözlərinə görə, hadisə zamanı kafedə oturub qəhvə içirmiş və yuxarıdan aşağıya maye töküldüyünü görüb. Daha sonra eyvana baxdıqda kişinin sidik ifraz etdiyini görüb və hadisəni videoya çəkməyə başlayıb.
Şəxsin sözlərinə görə, həmin kişi daha sonra içəri daxil olub və kafedə masaların yerləşdirilməsinə etiraz edib.