DİQQƏT! Aprelin 1-dən 5000 lari cərimə oluna bilərsiz

1 aprel tarixindən etibarən Gürcüstanda tütün nəzarəti islahatları çərçivəsində daha bir mühüm tənzimləmə qüvvəyə minəcək.

Tütün məhsullarının satışı yalnız sadə, standartlaşdırılmış qablaşdırmada icazəli olacaq – bu barədə Tütün Nəzarəti Alyansı məlumat yayıb.

Tütün Nəzarəti Alyansının məlumatına görə, qanuna əsasən, bütün brendlər vahid, standart rəngdə olan qablaşdırmadan istifadə etməyə borcludur. Bu qablaşdırmada yalnız brendin və alt növün adı, tibbi xəbərdarlıqlar və digər vacib məlumatlar göstəriləcək.

“Sədə qablaşdırmanın məqsədi tütün məhsullarının cazibədarlığını azaltmaqdır, xüsusilə yeniyetmələr və gənclər arasında. Araşdırmalara görə, standartlaşdırılmış qablaşdırma tütün istifadəsinə başlamanın ehtimalını azaldır və siqareti tərgitməyə kömək edir.”

Tütün məhsullarının sadə qablaşdırma tənzimləməsinin tətbiqi ictimai sağlamlığın qorunması istiqamətində mühüm addımdır. Təxirə salınmalara və sənayenin müqavimətinə baxmayaraq, bu tənzimləmə tütün istifadəsinin azalmasına və cəmiyyətin sağlamlığının yaxşılaşmasına töhfə verəcək.

Qeyd edilməlidir ki, tütün nəzarəti qanununun icrasına nəzarət edən dövlət proqramı çərçivəsində artıq fevral ayında bəzi tütün istehsalçılarının satış şəbəkələrinə sadə qablaşdırmada siqaretlər göndərdiyi qeydə alınıb. 1 apreldən etibarən isə bütün pozuntulara qarşı müvafiq tədbirlər görüləcək. Bu qaydanı pozanlara 5 000 lari məbləğində cərimə tətbiq ediləcək,” – məlumatda qeyd olunur.