Marneulidə dəhşətli hadisə: Qəza nəticəsində yolu süpürən qadın dünyasını dəyişib
Marneulidə ölümlə nəticələnən ağır qəza baş verib.
Belə ki, şəhərin 26 may küçəsində avtomobil yolu süpürən qadını vurub. Qadın aldığı ağır xəsarətlər nəticəsində yerindəcə dünyasını dəyişib.
Hadisə yerinə dərhal polis və təcili tibbi yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Bizi WhatsApp – da izləyin.