21 yaşlı Aytacın axtarışları 7-ci gündür davam edir – AİLƏSİ…
21 yaşlı Aytac Məmmədova günlərdir ki, itkin düşüb. Belə ki, Qardabani bələdiyyəsinin Kosalı kənd sakini Aytac Məmmədovadan aprel ayının 1-dən məlumat yoxdur.
Ailə üzvləri 21 yaşlı Aytacın Tbilisi Dövlət Universitetinin ikinci kurs tələbəsi olduğunu və onun təhsili ilə əlaqədar paytaxtda yaşadığını bildirirlər.
Aytacla ailəsinin son danışığı isə dostunun doğum gününə getməsi barədə olub. Belə ki, anası ilə danışaraq səhəri gün imtahanının olduğunu və evə qayıdacağını deyib. Bundan sonra isə ondan xəbər alınmayıb.
Daha ətraflı Aytac Məmmədovanın ailəsindən hazırladığımız reportajı axşam saatlarında RealNews-da izləyə bilərsiz.
Bizi WhatsApp – da izləyin.