Marneulidə sahibkar öz restoranında ölü tapıldı

Bu gün günün ikinci yarısında Marneulidə “Göl restoranı” adlı iaşə obyektinin 64 yaşlı sahibi ölü vəziyyətdə tapılıb.

Məlumata görə, restoran bir neçə aydır ki, təmir işləri ilə bağlı fəaliyyət göstərməyib. Hadisənin hansı səbəbdən baş verməsi isə hələ ki, məlum deyil.

Əraziyə Daxili İşlər Nazirliyinin ekspert-kriminalist qrupu cəlb olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 115-ci maddəsi üzrə istintaq aparılır. Qeyd edək ki, bu maddə özünü öldürmə həddinə çatdırmanı nəzərdə tutur.

Bizi WhatsApp – da izləyin.