Tbilisidə qandonduran hadisə: Azyaşlı qızı hostelə aparıb təcavüz etdilər
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Yetkinlik yaşına çatmayanların işləri üzrə Baş İdarəsinin əməkdaşları yetkinlik yaşına çatmayan şəxsin zorlanması ittihamı ilə 1997-ci il təvəllüdlü D.Ç.-ni və keçmişdə məhkum olunmuş, 2004-cü il təvəllüdlü Z.P.-ni saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər yetkinlik yaşına çatmayan N.Ğ.-ni Tbilisidə aldadaraq hostellərdən birinə aparıblar və orada hər ikisi yetkinlik yaşına çatmayan qıza qarşı zor tətbiq etməklə, bir neçə dəfə seksual zorakılıq törədiblər.
Aparılmış operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanları hər iki şəxsi təqsirləndirilən qismində saxlayıblar.
İstintaq Cinayət Məcəlləsinin 137-ci maddəsi ilə aparılır ki, bu da 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.
Bizi WhatsApp – da izləyin.