Savalan Mirzəyevdən Yeni İl təbriki – FOTO
Gürcüstan Parlamentinin üzvü Savalan Mirzəyev öz şəxsi sosial şəbəkə hesabından Yeni İl təbriki paylaşıb.
Parlament üzvünün təbrikini təqdim edirik:
“Əziz həmvətənlər,
Geridə qoyduğumuz il ölkəmiz, xüsusilə də doğma bölgəmiz üçün mühüm hadisələrlə, islahatlarla və birlikdə qazandığımız uğurlarla yadda qaldı. Hər birinizin əməyi, dövlətə olan bağlılığı və vətəndaşlıq mövqeyi Gürcüstanın daha da güclənməsinə və tərəqqisinə xidmət edir!
Yeni 2026-cı ilin hər bir ailəyə ruzi-bərəkət, doğma bölgəmizə, xüsusən hər bir daşı doğma olan Qardabanimizə, Marneulimizə, Bolnisimizə, Dmanisimizə, Rustavimizə, Tsalka, Tetritskaro və bütün Gürcüstana sülh, xoşbəxtlik və tərəqqi gətirməsini arzulayıram. Gəlin, yeni ilə yeni ümidlər, daha sıx birlik və daha böyük hədəflərlə qədəm qoyaq.
Yeni iliniz mübarək!”
Bizi WhatsApp – da izləyin.
