Nəzərli kəndindən olan idmançı “GFC-35”də qalib olub – VİDEO
Qardabani bələdiyyəsinin Nəzərli kəndindən olan döyüşçü Rauf Abdullayev Gürcüstanın ən məhşur döyüş təşkilatlarından olan “GFC-35”də möhtəşəm qələbə qazanıb.
Belə ki, Rusiyada yaşayan döyüşçümüz Lion Fighters Clubu təmsil etdiyi qarşılaşmada 3-cü raundda rəqibini texniki nakautla məğlub edərək qalib olub.
Qeyd edək ki, yaxın vaxtlarda Lion Fighters Clubun təşkilatçılığı ilə Qardabanidə döyüş gecəsinin keçirilməsi planlaşdırılır.
Bizi WhatsApp – da izləyin.