Daxili İşlər Naziri Türkiyə Səfiri ilə vida görüşü keçirib
Daxili İşlər Naziri Geka Geladze Türkiyə Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbay ilə vida görüşü keçirib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüş zamanı tərəflər bir daha Gürcüstan ilə Türkiyə Respublikası arasındakı strateji tərəfdaşlığı və onun dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Nazir görüşdə türk diplomata Gürcüstan ilə Türkiyə arasında sıx ikitərəfli əməkdaşlıq, xüsusilə hər iki ölkənin hüquq-mühafizə orqanları arasında mövcud effektiv tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində verdiyi töhfəyə görə təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Bizi WhatsApp – da izləyin.