“Mürəkkəb vəziyyət fonunda Gürcüstanda sülhün qorunması üçün ehtiyatlı olmaq vacibdir” – Baş nazir
“Yaxın Şərqdə baş verən hadisələr sülhün nə qədər vacib olduğunu bir daha göstərir”.
Bu barədə baş nazir İrakli Kobaxidze hökumətin iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ölkə ətrafında mövcud olan mürəkkəb vəziyyət fonunda Gürcüstanda sülhün qorunması üçün daim diqqətli və ehtiyatlı olmaq vacibdir. O qeyd edib ki, sülh ölkənin inkişafı üçün əsas şərtdir və hökumət gələcəkdə də sabitliyin qorunması üçün bütün addımları atacaq.
İrakli Kobaxidze çıxışında bildirib ki, Yaxın Şərqdə hərbi əməliyyatlar başlayandan sonra Gürcüstan vətəndaşlarının bir hissəsi çətin vəziyyətdə qalıb. Onun sözlərinə görə, Körfəz ərəb ölkələrində Gürcüstanın bir neçə yüz vətəndaşı olub. Baş nazir Xarici İşlər Nazirliyinə, səfirlərə və səfirlik əməkdaşlarına göstərdikləri səylərə görə təşəkkür edib. O vurğulayıb ki, onların gündəlik fəaliyyəti nəticəsində Gürcüstan vətəndaşları təhlükəsiz şəkildə vətənə qaytarılıb.
Qeyd olunub ki, dövlət tərəfindən 4 çarter reysi təşkil edilib və nəticədə 558 Gürcüstan vətəndaşı ölkəyə gətirilib. Bütün reyslərin xərcləri dövlət tərəfindən tam şəkildə maliyyələşdirilib.
Bizi WhatsApp – da izləyin.