Kulevidə SOCAR terminalının yaxınlığında PUA aşkarlanıb
Xobi bələdiyyəsinin Kulevi kəndi yaxınlığında – SOCAR terminalının yaxınlığındakı sahil zolağında dəniz sahilə naməlum PUA çıxarıb.
Bu barədə məlumat sosial şəbəkədə yayılıb.
“Bu, Rusiyanın ‘Gerbera’ tipli kamikadze dronu olmalıdır. Hansı ki, ya texniki nasazlıq səbəbindən, ya da Ukrayna hava hücumundan müdafiə sistemlərinin təsiri nəticəsində dənizə düşüb və axın onu Kulevi sahillərinə gətirib çıxarıb” , – deyə qeyd olunub.
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyi yerli mətbuatın sorğusuna cavab olaraq bildirib ki, istintaq Cinayət Məcəlləsinin beynəlxalq uçuş qaydalarının pozulmasını nəzərdə tutan 280-ci maddəsi ilə başlayıb.
Qeyd olunub ki, bu mərhələdə tapılan hissənin hər hansı bir uçuş aparatının fraqmenti olub-olmadığı hələlik məlum deyil.
Bizi WhatsApp – da izləyin.