2026-cı il Vahid Milli və Ümumi Magistr imtahanlarına qeydiyyat tarixi açıqlanıb

Milli Mərkəz 2026-cı il üçün vahid milli və magistratura imtahanlarına qeydiyyatın başlayacağı tarixi elan edib

Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəz 2026-cı il üçün vahid milli və ümumi magistratura imtahanlarına qeydiyyatın 6 aprel, saat 10:00-da başlayacağını açıqlayıb.

Abituriyentlər və magistratura namizədləri qeydiyyatı elektron qaydada, mərkəzin rəsmi vebsaytı online.naec.ge üzərindən 11 may, saat 18:00-dək edə biləcəklər.

Qeyd edilib ki, müraciətçilər 6 aprel – 6 may tarixləri arasında imtahan fənlərinin (ən azı bir fənn) ödənişini təmin etməlidirlər. Bu müddət ərzində onlar digər fənlərin ödənişini həyata keçirə, imtahan şəhərini və təhsil proqramlarını seçə və dəyişdirə biləcəklər.

Ali təhsil islahatı çərçivəsində dövlət universitetlərində bakalavr və magistratura pillələrində, həmçinin dövlət peşə təhsili müəssisələrində təhsil tamamilə dövlət tərəfindən maliyyələşdiriləcək. Abituriyentlər istədikləri sayda təhsil proqramını seçə və prioritetlərini müəyyən edə biləcəklər. Təhsil proqramlarının əlavə olunması, silinməsi və ya dəyişdirilməsi apellyasiya nəticələrinin dərcindən növbəti gün saat 18:00-dək mümkün olacaq.

Milli Mərkəz həmçinin qeydiyyat başlamazdan əvvəl “Abituriyentlər üçün məlumat” sənədini yayımlayacaq. Sənəd imtahanlarla bağlı təlimatları, təhsil proqramlarının siyahısını, imtahan prosedurlarını və prosesin mərhələlərini əhatə edəcək.

Mərkəz abituriyentləri qeydiyyat müddətləri və prosedurlarla tanış olmağa və bütün mərhələləri vaxtında keçməyə çağırıb.

Bizi WhatsApp – da izləyin.