Axaltsixedə sərhədi qanunsuz keçən iki nəfər saxlanılıb

Axaltsixe Sərhəd Sektorunun “Vale” mühafizə olunan hissəsində Gürcüstan dövlət sərhədini qanunsuz keçmək ittihamı ilə 1994-cü il təvəllüdlü U.S və 1993-cü il təvəllüdlü B.P adlı iki nəfər saxlanılıb.

Bu barədə Sərhəd Polisi məlumat yayıb. İstintaq zamanı müəyyən olunub ki, təqsirləndirilən şəxslər müxtəlif vaxtlarda Gürcüstan-Türkiyə dövlət sərhədini qanunsuz olaraq keçib və sərhəd-keçid məntəqəsini keçərək Gürcüstana daxil olublar.

İstintaq Cinayət Məcəlləsinin 344-cü maddəsinin 1-ci hissəsi ilə aparılır, sözügedən maddə beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.

Bizi WhatsApp – da izləyin.