Tramp: Netanyahu İranla razılaşmanı qəbul etməyə məcbur olacaq
ABŞ prezidenti Donald Tramp Netanyahunun İranla razılaşmaqdan başqa çarəsi qalmayacağını bildirib.
Prezident bu barədə Financial Times qəzetinə müsahibəsində qeyd edib.
Tramp qeyd edib ki, İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ və İran arasında əldə edilən istənilən razılaşmanı qəbul etmək məcburiyyətində qalacaq:
“Onun seçimi olmayacaq. Bütün qərarları mən verirəm. Qərarları Netanyahu vermir. Görək hadisələr necə cərəyan edəcək. Amma bunlar İsrailə raket zərbələri idi və heç bir təsiri olmadı. Bu, razılaşmaya heç bir təsir göstərməyəcək”, – deyə Tramp bildirib.
Lakin ABŞ prezidentinin NBC News-a verdiyi müsahibədə qeyd etdiyi kimi, o, heç vaxt yeni müharibəyə başlamayacağına söz verməyib.
Tramp deyib: “Müharibənin olmayacağına zəmanət verməmişdim. Bəs onda niyə dünyanın ən güclü ordusunu yaratmalıyam? Müharibə hər an baş verə bilər”
O, tənqidçilərin onun seçki kampaniyasındakı açıqlamalarını səhv başa düşdüyünü söyləyib:
“Bunu vəd etdiyimi deyəndə, bu, doğru deyil. Heç nə vəd etməmişəm. Sonsuz müharibələri sevmirəm. Bu, sonsuz müharibə deyil. Biz bununla cəmi üç aydır ki, məşğuluq”, – deyə Tramp qeyd edib.
Bizi WhatsApp – da izləyin.