İrakli Kobaxidze Nikol Paşinyanı seçki qələbəsi münasibətilə təbrik edib

Baş nazir İrakli Kobaxidze Ermənistanın Baş naziri Nikol Paşinyanı parlament seçkilərində onun partiyasının qazandığı uğur münasibətilə təbrik edib.

Bu barədə İrakli Kobaxidze sosial şəbəkədə yazıb.

Kobaxidze X platformasında paylaşdığı yazıda dostluq münasibətlərinin daha da dərinləşdirilməsinə hazır olduğunu bildirib:

“Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanı parlament seçkilərində partiyasının qazandığı uğur münasibətilə səmimi qəlbdən təbrik edirəm. Xalqlarımızın rifahı naminə Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlığı və dostluq münasibətlərini daha da gücləndirmək üçün sıx əməkdaşlığımızın davamını səbirsizliklə gözləyirəm”, – deyə İrakli Kobaxidze qeyd edib.

Məlumat üçün bildirək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası bülletenlərin 100 %-i sayıldıqdan sonra 49,81 % səs toplayıb.

Bizi WhatsApp – da izləyin.