Məktəbli formalarının satış məntəqələri müəyyənləşib
Məlum olduğu kimi, Gürcüstanda məktəblərdə məktəbli formalarının mərhələli şəkildə tətbiqinə başlanılıb.
Belə ki, 15 sentyabrdan birinci sinif şagirdləri yeni məktəb formalarında dərslərə başlayacaqlar. Birinci semestrin sonunadək isə I-VI sinif şagirdlərinin məktəbli formaları ilə təmin edilməsi nəzərdə tutulur.
Məktəbli formalarının satış məntəqələri artıq müəyyənləşdirilib. Valideynlər formaları Tbilisi və Gürcüstanın müxtəlif regionlarında fəaliyyət göstərəcək satış məntəqələrindən əldə edə biləcəklər.
Bizi WhatsApp – da izləyin.