Prezident Mixeil Kavelaşvili Mariamoba münasibətilə 226 nəfəri əfv edib

Prezident Mixeil Kavelaşvili Mariamoba bayramı ilə əlaqədar 226 nəfəri əfv edib.

Bu barədə Prezident Administrasiyasından məlumat verilib.

Məlumata görə, əfv qərarı 217 nəfər həbs cəzası çəkən, 6 nəfər isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza alan şəxsi əhatə edib. Daha 3 şəxsin isə məhkumluğu götürülüb.

Prezident Administrasiyasının açıqlamasında qeyd olunub ki, Gürcüstan Prezidentinin Konstitusiya ilə ona verilmiş müstəsna səlahiyyətdən istifadə etməsi humanizm prinsipinə və dövlət maraqlarına əsaslanır.

Bizi WhatsApp – da izləyin.