Xarici KİV-lərin nümayəndələri humanitar yardım karvanının dayandığı Ağdam-Xankəndi yolunda olublar
Bir qrup xarici media orqanının Azərbaycan nümayəndəliklərinin əməkdaşları Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola salınan humanitar yardım karvanının dayandığı Ağdam-Xankəndi yolunda olublar.
Bu barədə Azərbaycan mətbuatı məlumat yayıb.
Onlara Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri tərəfindən məlumat verilib.
Belə ki, “Bloomberg”, “BBC”, “Gettyimage” kimi aparıcı media orqanlarının Azərbaycandakı nümayəndəliyinin əməkdaşları humanitar yüklər olan TIR-ların dayandığı ərazidə vəziyyətlə tanış olublar.