İtkin düşmüş Nəzərli kənd sakinindən yeni xəbər var

Qardabani rayonunun Nəzərli kənd sakini, itkin düşmüş 83 yaşlı Aslanpaşa Mövlayev haqqında yeni məlumatlar əldə edilib.

Belə ki, Aslanpaşa Mövlayevin Nəzərli kəndindən Tbilisi şəhərinə gedən ictimai nəqliyyatda görüldüyü ilə bağlı ailəyə zəng olunub.

Onun sonuncu dəfə Tbilisidəki Didube metrostansiyası yaxınlığında görüldüyü ehtimal edilir.

Onu da bildirək ki, yeni məlumatlar əsasında hüquq mühafizə orqanlarının əməkdaşları axtarış təbirlərini genişləndiriblər.

Xatırladaq ki, Nəzərli kənd sakini Aslanpaşa Mövlayev yanvar ayının 6-dan itkin düşüb. Onun eşitmə qabiliyyəti məhduddur və əqli xəstədir.

Görən şəxslərdən aşağıda qeyd olunan nömrəylə və ya 112 qaynar xətti ilə əlaqə saxlamaları xahiş olunur:

+995 599 80 86 16