Nəzərli kəndində faciəvi yol qəzası: bir nəfər ölüb, üç nəfərin vəziyyəti… – FOTO

Qardabani bələdiyyəsinin Nəzərli kəndində faciəvi yol qəzası baş verib.

Belə ki, “Nissan” markalı avtomobil yol kənarında dayanmış vəziyyətdə olan “Opel” markalı minik avtomobilinə çırpılıb.

Nəticədə hər iki avtomobildə olan gənclər ağır xəsarətlər alıb. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadaları, Daxili İşlər Nazirliyinin və Fövqəladə Halların İdarə olunması xidmətinin əməkdaşları cəlb edilib.

Yaralılar xəstəxanaya çatdırılıb.

Son məlumata görə, qəza zamanı xəsarət alanlardan 1 nəfəri dünyasını dəyişib, 3 nəfərin vəziyyəti isə ağırdır.

Faktla bağlı araşdırma aparılır.