101 yaşlı Xanım nənə
101 yaşlı Xanım nənə Dmanisi rayonunun Qızılkilsə kəndində yaşayır. Onu da qeyd edək ki, bir əsrdən çox yaşı olan Xanım Bəxtiyar qızı Orucova 1921-ci il may ayının 15-də Başkeçidin indiki Dmanisi rayonunun Azgəyliyən kəndində dünyaya göz açıb.
Qızılkilsə kənd sakini Ömər Nəbi oğlu ilə ailə həyatı quran Xanım Bəxtiyarqızının 8 övladı var. Hər iki valideyn dövrün çətinliklərinə baxmayaraq övladlarının hər birinə ali təhsil verməyə nail olur. Onların ali təhsil almayan yeganə övladı isə bütün türk dünyasının sevimlisi, dəyərli şairəmiz, 16 kitab müəllifi olan Səadət Butadır.
Kadrlarda gördüyünüz gül çiçəkli bağçaya məhz bu gün də Xanım nənənin özü qulluq edir, o, həm də evinin həyətində kənd təsərrüfatı işləri ilə məşğul olur. Ömrünün bu yaşında ağbirçək nənəmizin öz həzin səsiylə etdiyi zümzümələri isə duyan hər kəsin qəlbini oxşayır.
Məlumat üçün onu da bildirək ki, Xanım nənə həm də Sovet dövründə Qəhrəman ana medalı ilə təltif edilib.