Baş nazir İrakli Kobaxidze ilk xarici səfərini Brüsselə edib
Baş nazir İrakli Kobaxidze Brüsselə ilk səfərinə gedib.
Bu barədə məlumatı Hökumət administrasiyası yayıb. Bildirilib ki, hökumət başçısı səfər çərçivəsində Aİ və NATO rəsmiləri ilə görüşlər keçirəcək. Kobaxidzenin Gürcüstan-Aİ Assosiasiya Şurasının 8-ci iclasında iştirak edəcəyi qeyd olunub.
Baş nazirim səfər çərçivəsində Aİ-nin xarici siyasət rəhbəri Cozef Borell və genişlənmə danışıqları üzrə komissar Oliver Vahelyi ilə, həmçinin NATO baş katibi Yens Stoltenberq ilə görüşləri planlaşdırılıb.
Kobaxidzenin NATO-Gürcüstan Komissiyasının iclasında iştirak edəcəyi qeyd olunub.