Ceyhun Bayramov: Azərbaycan-Gürcüstan-Türkiyə gündəliyi bir çox ölkələr üçün nümunədir
Azərbaycan-Gürcüstan-Türkiyə gündəliyi çoxşaxəlidir və bu, bir çox ölkələr üçün nümunədir. Bu üç ölkə arasında münasibətlərdə çox yüksək səviyyəli siyasi dialoqun şahidi oluruq.
RealNews.ge AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov martın 15-də Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu dialoqlar dövlət və hökumət başçıları tərəfindən dəstəklənir. Beynəlxalq platformalar çərçivəsində bir-birimizin dəstəklənməsi siyasi dialoqa töhfə verir.