Gürcüstana küllü miqdarda qızıl-zinət əşyası keçirmək istəyən Ermənistan vətəndaşı saxlanılıb
Maliyyə Nazirliyinin Gəlirlər Xidməti Sadaxlı gömrük-keçid məntəqəsində qayda pozuntusunun qarşısını alıb.
Belə ki, gömrükçülər tərəfindən Ermənistan vətəndaşı A.S.-nin üzərinə və çantasına şübhə əsasında gömrük baxışı nəticəsində bəyan edilməmiş mallar, o cümlədən: küllü miqdarda qızıl-zinət əşyaları, 2490 ədəd müxtəlif ölçülü qiymətli daşlar və mobil telefon aşkar edilib.
Bəyan edilməmiş malların ümumi gömrük dəyəri 26561,18 lari təşkil edib.
Əşyalar Maliyyə Nazirliyinin İstintaq xidmətinə təhvil verilib.