Avropanın dörd ölkəsinin XİN rəhbərləri Gürcüstana gəlib
Latviya, Litva, Estoniya və İslandiyanın xarici işlər nazirləri Gürcüstana səfərə gəlib.
Bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna paylaşımında bildirib.
“Biz Gürcüstana endik. Çətin dövrlərdə siz öz dostlarınıza etibar edə bilərsiniz”, – Tsahkna “X” platformasındakı paylaşımında qeyd edib.
Litvanın xarici işlər naziri Qabrielius Landsbergis də Tbilisiyə enməsi ilə bağlı paylaşım edib. O, paylaşımında Tbilisidə demokratiya və azadlıq uğrunda mübarizə aparıldığını qeyd edib. “Demokratiya, azadlıq və Avropanın gələcəyi uğrunda daha bir döyüşün baş verdiyi Tbilisiyə endim”, – Landsbergis qeyd edib.