SOCAR Gürcüstan millisi İspaniyaya qalib gələcəyi təqdirdə yanacağın qiymətini 2 lariyə endirəcək
“SOCAR Georgia Petroleum” Gürcüstan millisinin İspaniya yığmasını məğlub edəcəyi təqdirdə bütün növ yanacağın qiymətini 2 lariyə endirəcəyini vəd edib.
Bu barədə “SOCAR Georgia Petroleum” şirkətinin sosial şəbəkə hesabında məlumat paylaşılıb.
“Portuqaliyaya vurduğumuz 2 qoldan ilhamlanaraq, bu dəfə biz də bir vəd vermək istəyirik: Gürcüstan İspaniyanı məğlub edəcəyi təqdirdə, bazar ertəsi 1 iyul tarixində saat 14:00-dan etibarən 90 dəqiqə ərzində bütün yanacaq növlərini 2 lariyə satacağıq”.
Məlumat üçün onu da bildirək ki, Gürcüstan və İspaniya yığmaları 30 iyun saat 23:00-da qarşılaşacaqlar.