İrakli Kobaxidze Avropa Siyasi Birliyi sammitinin açılış mərasimində iştirak edib – FOTO

Gürcüstanın baş naziri İrakli Kobaxidze dünya liderləri ilə birlikdə Böyük Britaniyada Blenheim sarayında keçirilən Avropa Siyasi Birliyi Sammitinin plenar sessiyasında iştirak edib.

Sammiti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Key Starmer açıb.

Açılış plenar iclasında Ukrayna prezidenti, İsveçrə prezidenti və Danimarkanın baş naziri də çıxış ediblər.

Avropa Siyasi Birliyi Sammitinin açılışından əvvəl iştirakçı liderlər birgə xatirə şəkli çəkdiriblər.