Qabal kəndində 24 yaşlı qız qaçırılıb

Ötən gün axşam saatlarında Laqodexi bələdiyyəsinin Qabal kəndindən 24 yaşlı qız qaçırılıb.

Qaçırılan qızın ailə üzvləri hadisənin zorla baş verdiyini bildirirlər. Belə ki, hadisə video müşahidə kameralarına da düşüb.

Məlumata görə 24 yaşlı qız babası evindən çıxarkən 4 nəfər onu güc tətbiq edərək avtomobilə mindirməyə çalışıb. Bu zaman səsə evdən qızın nənəsi çıxıb. Qızın nənəsi də müqavimət göstərməyə çalışsa da, heç nə edə bilməyib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, qaçırılmış qızın axtarışı davam edir. Faktla bağlı Cinayət Məcəlləsinin 143-cü (qanunsuz olaraq azadlıqdan məhrum etmə) maddəsi ilə istintaq başladılıb.