Marneulidə vətəndaşlara təmənnasız hüquqi yardımlar davam edir

Marneulidə fəaliyyət göstərən “Azərbaycan Evi” ilə “QANUN” Hüquqi Yardım Mərkəzi arasında imzalanan Memoranduma əsasən Mərkəzin rəhbəri, vəkil Əli Bədirov və mərkəzin hüquqşünası Şamil Şamilov tərəfindən öncədən qeydiyyatdan keçmiş, hüquqi problemi olan vətəndaşların qəbulu davam edir.

Bildirilir ki, qəbulun 3-cü günündə 29 nəfər Gürcüstan və Azərbaycan vətəndaşı qəbul edilərək problemləri dinlənilib. Vətəndaşların problemlərinin (vətəndaşlıq, torpaq, mülkiyyət, ailə zorakılığı və s.) həlli ilə bağlı lazımi ərizələr yazılıb, aidiyyəti dövlət qurumlarına, baş prokurorluğa və məhkəmə instansiyalarının elektron ünvanına göndərilib.

Qeyd edək ki, qəbul günləri davam edir və vətəndaşlar bu xidmətdən yararlanmaq üçün aşağıda göstərilən nömrə ilə əlaqə saxlaya bilərlər:

Tel: +995 599 10 96 90