Marneulidə daha bir iş adamının evi atəşə tutuldu, əl qumbarası atıldı…

Marneuli bələdiyyəsinin Baydar kəndində yaşayan iş adamının evinə əl qumbarası atılıb, atəşə tutulub.

Məlumata görə hadisə bu gün gecə saatlarında baş verib. Bilidirilir ki, hadisədən öncə naməlum şəxslər iş adamından pul tələb ediblər. İş adamı isə pulu verməkdən imtina edib. Gecə saatlarında iş adamının evi əvvəlcə odlu silahdan atəşə tutulub, daha sonra isə həyətə əl qumbarası atılıb. Yerli əhalinin verdiyi məlumata görə, hadisə zamanı evə ziyan dəysə də, xoşbətlikdən xəsarət alan olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma başladılıb. Daxili İşlər Nazirliyi məsələ ilə bağlı hələ ki, heç bir açıqlama verməyib.

Bizi WhatsApp – da izləyin.