Parlamentə hökumətin tərkibi etimad üçün bu tarixdə təqdim olunacaq
Gürcüstan hökumətinin yeni tərkibi və qarşıdakı 4 illik fəaliyyət planı etimad göstərilməsi üçün noyabrın 25-də yeni seçilmiş parlamentə təqdim olunacaq. Bu barədə Baş nazir İrakli Kobaxidze hökumətin noyabrın 18-də keçirilən iclasında məlumat verib.
İ.Kobaxidze nzirlərə və nazirliklərə müraciət edərək bildirib ki, noyabrın 25-də hökumətin tərkibi ilə yanaşı, hökumətin 4 illik fəaliyyət proqramı təqdim olunmalıdır. Bunun üçün də bütün detalları dəqiqləşdirilməlidir.
“Hökumət proqramında bir sıra iddialı məqsədlər var. Qarşıdakı 4 il ərzində ölkəmizi tamamilə fərqli inkişaf mərhələsinə keçirməliyik. Bunu hökumət proqramımız təmin edəcək. İndi əsas məsələ hər gün işləyərək bütün hədəflərin layiqincə yerinə yetirilməsidir”, – deyə Kobaxidze vurğulayıb.
Bizi WhatsApp – da izləyin.