DTX: Gürcüstan vətəndaşı qanunsuz olaraq həbs edilib
İşğal olunmuş Abxaziyada işğalçı rejimin nümayəndələri tərəfindən Gürcüstan vətəndaşı qanunsuz olaraq həbs edilib.
Dövlət Təhlükəsizlik Xidmətindən verilən məlumata görə qanunsuz olaraq həbs edilən Qali sakini, narkotik maddələrin əldə olunması və saxlanılmasında ittiham edilir.
Onu da bildirək ki, artıq hadisə ilə bağlı Avropa İttifaqının müşahidəçi missiyası və Cenevrə Beynəlxalq Danışıqlarının həmsədrləri məlumatlandırılıb.
Gürcüstan vətəndaşının azadlığa buraxılması üçün bütün vacib tədbirlər görülür.