Kənd həkimlərinin maaşları artırılacaq
2023-cü ildən kənd həkimlərinin və tibb bacılarının maaşları 100 lari artırılacaq.
Bu barədə Gürcüstanın Maliyyə naziri Laşa Xutsişvili bildirib. Nazir həmçinin qeyd edib ki, təcili yardım xidmətinin əməkdaşlarının da maaşları 10% artırılacaq.
Məlumat üçün onu da bildirək ki, 2023-cü il üçün ölkədə səhiyyənin maliyyələşdirilməsinə 1 milyard 600 milyon laridən çox vəsait ayrılıb.