Azərbaycan Respublikası ilə Gürcüstan Xarici İşlər Nazirlikləri arasında Konsulluq məsləhətləşmələri keçirilib
Azərbaycan Respublikası ilə Gürcüstan Xarici İşlər Nazirlikləri arasında Konsulluq məsləhətləşmələri keçirilib.
Məsləhətləşmələrdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov və Gürcüstan Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Qiorqi Tabatadze, Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze, o cümlədən hər iki ölkənin xarici siyasət qurumunun məsul əməkdaşları, eyni zamanda Azərbaycanın Elm və Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti və Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Məsləhətləşmələrdə gündəlikdə duran, o cümlədən qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib və iclasın yekununda Protokol imzalanıb.