Qardabanidə həyata keçiriləcək layihələrə yarım milyondan çox vəsait ayrılıb
Qardabani rayonunda “Kəndə dəstək proqramı”nın həyata keçirilməsinə başlanılır. Belə ki, Qardabani şəhər meriyasının yaydığı məlumata əsasən 2023-cü il üçün artıq layihə çərçivəsində bir sıra işlərin görülməsinə start verilir.
Məlumatda qeyd olunur ki, 2023-cü ildə Qardabani bələdiyyəsinə dəstək proqramının icrası üçün 662 min lari vəsait ayrılıb. Bu vəsait hesabına bələdiyyəsinin inzibati ərazi vahidlərində maliyyələşdiriləcək layihələrin seçilməsi üçün yanvarın 26-dan ümumi yığıncaqların keçirilməsinə başlanılacaq. 38 kənddə mərhələli olaraq keçiriləcək görüşlərdə “Kəndə dəstək proqramı“ çərçivəsində yerli əhalinin qərarına əsasən aşağıda qeyd edilən layihələrin həyata keçirilməsi mümkün olacaq:
● İçməli su xəttlərinin çəkilməsi (quyular, su boruları, baş qurğular, təmizləyici qurğular, və s.);
● Suvarma su kanalları;
● Drenaj kanalları;
● Sahilbərkitmə işləri;
● Yollar və yol kənarındakı dayanacaqlar; səkilər və yol infrastrukturunun digər tərkib hissələri;
● Körpülər, barmaqlıqlar, keçidlər;
● Küçələrin işıqlandırılması;
● İctimai məktəb ərazilərinin abadlaşdırılması;
● Məktəbəqədər təhsil müəssisələri və müvafiq inventar;
● Ambulatoriya binaları;
● Qəbiristanlıqların hasarlanması və abadlaşdırılması;
● İdman infrastrukturu, sahələr və sahə inventarı;
● Parklar, uşaq meydançaları, müvafiq inventarlar, həmçinin istirahət yerləri;
● Dəyirmanların və müvafiq inventarların bərpası;
● Mini-SESlər və müvafiq reabilitasiya/bərpa işləri;
● Coğrafi obyektlərin adlarına və ünvanlarına uyğun olaraq, həmçinin turistik yerləri işarə edən müvafiq yol nişanlarının yerləşdirilməsi.