Banklar və dövlət idarələri bu tarixlərdə işləməyəcək
Sabahdan Pasxa bayramı ilə əlaqədar ölkədə tətil günləri start götürür.
Belə ki, 14 apreldən 18 aprelədək ölkədə rəsmi olaraq qeyri-iş günüdür.
14 aprel – Böyük cümə, 15 aprel – Böyük şənbə, 16 aprel – Pasxa bayramı, 17 aprel isə Pasxanın ikinci günü olaraq tətil günləridir.
Məlumat üçün bildirək ki, qeyri-iş günlərində banklar və dövlət idarələri işləməyəcək.