Fərman Ceyranlı: “Öz fəaliyyətimi davam etdirirəm”

“Mən ötən gündən yox, 2023-cü il mart ayının 6-dan azadlıqdayam.”

Bunu RealNews əməkdaşları ilə həmsöhbət olan “Lanset” klinikasının həmtəsisçisi, cərrah Fərman Ceyranlı bildirib.

Azadlığa buraxıldıqdan sonra öz fəaliyyətini davam etdirdiyini deyən Fərman Ceyranlı, hal-hazırda “Lanset” klinikasında cərrah olaraq çalışdığını diqqətə çatdırıb.

“6 ildən sonra ötən ay azadlığa buraxıldım. Hal-hazırda “Lanset” klinikasında cərrah olaraq xalqa xidmət edirəm. Qarşıma qoyduğum məqsəd həkim olaraq fəaliyyətimi davam etdirməkdir.”-deyə F.Ceyranlı bildirib.